https://news.day.az/azerinews/1636808.html İsveçrə Bakı limanı vasitəsilə yük tranzitinin artmasında maraqlıdır İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin fevralın 12-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına (BISTP) baş çəkib. "Son vaxtlar Bakı limanından keçməklə Asiyadan İsveçrəyə yükdaşımaların həcmi artıb.

İsveçrə Bakı limanı vasitəsilə yük tranzitinin artmasında maraqlıdır

Azərbaycanca, 13 февраля 2024 00:14 (UTC +04:00) 1 914
İsveçrə Bakı limanı vasitəsilə yük tranzitinin artmasında maraqlıdır

İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin fevralın 12-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına (BISTP) baş çəkib.

"Son vaxtlar Bakı limanından keçməklə Asiyadan İsveçrəyə yükdaşımaların həcmi artıb. Əgər 2022-ci ildə bu rəqəm 146 755 ton idisə, 2023-cü ildə 551 074 tona yüksəlib", - məlumatda deyilir.

Day.Az Trend-ə istinadən bildirir ki, Səfirin limanın baş direktoru Taleh Ziyadov ilə görüşündə əməkdaşlığın cari və gələcək istiqamətləri, o cümlədən 2022-2025-ci illər üçün İsveçrə Əməkdaşlıq Proqramı ilə potensial tərəfdaşlığı müzakirə edilib.

Tərəflər davamlı regional kommunikasiya üçün Orta Dəhliz çərçivəsində BMSCP-nin strateji rolunu, habelə liman fəaliyyətlərində davamlı və ekoloji cəhətdən təmiz həllərin tətbiqində irəliləyişləri müzakirə ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости