https://news.day.az/azerinews/1639497.html 38 yaşlı həmyerlimiz Latviyada deputat seçildi Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb. Day.Az xəbər verir ki, bu barədə A.Səlimov "Asan Radio"ya özü məlumat verib. Onunla eyni partiyadan olan deputatlardan birinin fəaliyyəti dayandırıldığı üçün həmyerlimiz partiya siyahısından seçilərək, onu əvəzləyib.

38 yaşlı həmyerlimiz Latviyada deputat seçildi

Azərbaycanca, 22 февраля 2024 16:10 (UTC +04:00) 1 753
38 yaşlı həmyerlimiz Latviyada deputat seçildi

Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb.

Day.Az xəbər verir ki, bu barədə A.Səlimov "Asan Radio"ya özü məlumat verib.

Onunla eyni partiyadan olan deputatlardan birinin fəaliyyəti dayandırıldığı üçün həmyerlimiz partiya siyahısından seçilərək, onu əvəzləyib.

Qeyd edək ki, 38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb.

A.Səlimov həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisidir.

Xatırladaq ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости