https://news.day.az/azerinews/1653073.html Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - VİDEO Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən Day.Az-a bildirilib.

Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - VİDEO

Azərbaycanca, 18 апреля 2024 16:22 (UTC +04:00) 346
Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən Day.Az-a bildirilib.

Vurğulanıb ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.

R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.

Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости