Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan Respublikası ildən-ilə öz müstəqilliyini, suverenliyini, regiondakı yerini möhkəmləndirir, beynəlxalq aləmdə daha fəal rol oynayır.

Bu gün Azərbaycan regional tərəqqinin və beynəlxalq əməkdaşlığın mühərriki olmaqla ən dinamik və inkişaf edən iqtisadiyyatlardan biridir. Azərbaycan, həmçinin bütün dünyada sülh, təhlükəsizlik, sabitlik, eləcə də qarşılıqlı anlaşma və tolerantlığın tərəfdarıdır.

Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrin şanlı Qələbəsindən sonra bu bayram ilk dəfə olaraq suveren Azərbaycan Respublikasının bütün ərazisində qeyd edilir. İşğaldan azad edilmiş torpaqların miqyasına və sürətinə görə misli görünməmiş şəkildə bərpası və yenidən qurulması, abadlaşdırılması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması proqramı həyata keçirilir.

Paralel olaraq, ölkə regionda beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasına qətiyyətlə sadiqdir. Biz səmimi-qəlbdən inanırıq ki, sülh regionun böyük əməkdaşlıq və tərəqqi potensialını üzə çıxararaq yeni era açacaqdır.

Azərbaycan özünü və regionu Şərqi Qərblə, Cənubu Şimalla birləşdirən yeni münasibətlər arxitekturasının ən mühüm tərkib hissəsi hesab edərək, cari regional layihələrin həyata keçirilməsi və yeni layihələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəmir.

Azərbaycanın fəal siyasəti və dünya miqyasında artan rolu da geniş şəkildə qəbul edilir. Qoşulmama Hərəkatının aparıcı üzvü kimi ölkə ədalətli və daha yaxşı dünyaya can atan, bir çox dövlətlərin maraqlarını əks etdirən gündəlik irəli sürür. Azərbaycan davamlı inkişaf üçün yaşıl gündəliyi təşviq edən və həyata keçirən aparıcı dövlətlər sırasındadır. Bu il Azərbaycan Ümumdünya İqlim Sammitinə - COP29-a ev sahibliyi edəcək. Ölkə zəngin ənənələrinə əsaslanaraq mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın, tolerantlığın və mədəni müxtəlifliyin təşviqinə yönəlmiş mühüm qlobal təşəbbüslərə də rəhbərlik edir.

Biz Azərbaycanın GUAM-ın təsisçi üzvü kimi dost ölkələrimiz arasında əməkdaşlığın qurulmasında rolunu yüksək qiymətləndiririk. GUAM-ın sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq etmək üçün nadir və səmərəli regional platforma olduğuna qətiyyətlə inanırıq. Biz strateji əhəmiyyəti getdikcə artan regionumuzda əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik.

Zati-aliləri, Sizə ölkənin daha da inkişafına, müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayırıq".

xxx

12:21

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri Arif Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Çox hörmətli cənab Prezident.

Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə əziz xalqımıza "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram. Dövlət müstəqilliyimizin ən mühüm hüquqi dəyərlərinin bərpası ilə bizə Zəfər sevincini bəxş etdiyinizə, hər bir azərbaycanlıya qürur və şərəf hissləri yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Fəxr edirik ki, Siz Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, onilliklər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoymaqla BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini icra edərək ikili standartları zərərsizləşdirdiniz. Sizin gördüyünüz işlər bütün Türk dünyasında qürur hissi ilə qarşılanır.

Əziz və hörmətli Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayırıq. Xalqın milli birliyinin, regionumuzda sülhün təmin olunması istiqamətində faydalı fəaliyyətinizə görə Sizə təşəkkürümüzü bildirir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycanımıza əmin-amanlıq, tərəqqi, firavanlıq arzulayırıq.

Dərin hörmət və məhəbbətlə,

Arif Quliyev

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri,

hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi,

Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki".

xxx

09:07

Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünhvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün ökənizin tarixində qürurverici hadisə kimi qeyd olunur.

Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.

İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edirəm.

Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük Azərbaycan xalqına isə rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

09:05

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Cənab Prezident, əziz Qardaşım.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş təəssüratlar yaradıb.

Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

27.05.2024

16:02

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Maldiv Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, həmçinin Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırım".

xxx

15:28

İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu fürsətdən istifadə edərək ölkənizə və vətəndaşlarınıza xoşbəxt, uğurlu gələcək arzu edirəm.

Beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsində təsbit olunmuş ümumbəşəri prinsiplərə hörmət sülh və firavanlıq dünyasına doğru səylərimizdə bizim ən yaxşı bələdçimiz olaraq qalır. Məmnunam ki, ölkələrimiz arasında belə səmərəli əlaqələr davam edir.

Əminəm ki, biz gələcək illərdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirə və dərinləşdirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

xxx

14:44

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Əlamətdar bayram - Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".

xxx

13:55

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperoni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə ən yüksək ehtiramımızı bildirir, uğurlar diləyir, Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzu edirik".

xxx

13:48

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Trend xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycan Respublikasına və onun xalqına Allah-Taaladan daha böyük tərəqqi və rifah diləyirik.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səy göstərir.

Qoy Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!

Xahiş edirik, ən xoş arzularımızı və yüksək ehtiramımızı qəbul edin.

Dərin hörmətlə,

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:

Əli Cümə

Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin

sədri, professor

Usamə əl-Əbd

Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini,

professor

Əl-Seyyid Mahmud əl-Şərif

Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin sabiq

birinci müavini

Yusif əl-Şərqavi

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri

Adil Dərviş

Misir Helvan Universitetinin professoru, Misir Mədəniyyət Mərkəzinin Azərbaycan Respublikasındakı keçmiş direktoru

Bağdadi İmam

Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin baş direktoru

Tövhid Məhəmməd

müşavir, vəkil, Misir əl-Xeyir Fondunun Hüquqi İşlər üzrə direktoru

Midhət Camal

general, Misir əl-Xeyir Fondunda "İbn əs-Səbil" layihəsinin rəhbəri

Sabir Həsən

Ali Mədəniyyət Şurasının üzvü

Mona Zidan

Helvan Universitetinin professoru

Əhməd Əbdu Tarabek

Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist

Mustafa Hicazi

"Orange" şirkətinin baş direktoru

Seymur Nəsirov

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdəki

Azərbaycan diasporunun sədri.

xxx

11:50

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir. İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin ehtiramımı ifadə edirəm".

xxx

11:44

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

İcazə verin Sizə öz ehtiramımı bildirim və Zati-alinizi Müstəqillik Günü münasibətilə təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və doğma ölkənizin inkişafı naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında uzun illər ərzində davamlı strateji tərəfdaşlıq xarakteri almış çoxplanlı qarşılıqlı fəaliyyətin inkişafına göstərdiyiniz hərtərəfli dəstəyə və şəxsi töhfənizə görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, gələcəkdə də birgə səylərlə qarşılıqlı hörmətə və etibarlı əməkdaşlığa əsaslanan ənənələri fəal şəkildə möhkəmləndirəcəyik".

xxx

25.05.2024

12:04

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.

Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.

Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

xxx

12:00

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Biz 30 ildən artıqdır ki, Azərbaycanın dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməklə ölkənin enerji sektorunun bir hissəsi olmaqdan böyük qürur duyuruq.

BP şirkəti Azərbaycanla səmərəli əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə böyük əhəmiyyət verir və bu tərəfdaşlığın daha da möhkəmlənməsinə ümid edir.

Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi rifah və inkişaf arzulayıram".

xxx

11:58

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Respublikanın müstəqillik illərində dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində nailiyyətlərini, həmçinin onun yüksək beynəlxalq nüfuzunu bu gün qeyd etmək xüsusilə xoşdur.

İcazə verin, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasına isə tərəqqi arzulayım".

xxx

11:56

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi, doğma yurdlarından didərgin düşmüş ailələr bu gün Qarabağa - Şuşaya, Laçına, Füzuliyə və digər şəhərlərə qayıdırlar.

Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə böyük bərpa işləri həyata keçirilir, Qarabağa onun əvəzsiz gözəlliyi və mənəvi həyatı qaytarılır.

Azərbaycan beynəlxalq aləmdə özünə layiq yer tutur və COP29 kimi nüfuzlu konfransın 2024-cü ildə Bakıda keçirilməsi barədə qərar bunu təsdiq edir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram".

xxx

11:52

İraqın Ali İslam Şurasının prezidenti Humam Hammudi Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyur, Azərbaycan Respublikasına və xalqınıza davamlı tərəqqi, yüksəliş və rifah arzu edirik.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin sülh, təhlükəsizlik, sabitlik və firavanlıq zəminində gücləndirilməsi əzmində olduğumuzu bildiririk".

xxx

11:48

Koreya Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.

Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm".

xxx

11:48

Xorvatiya Prezidenti Zoran Milanoviç Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

11:42

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevi təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident.

Azərbaycanın Müstəqillik Gününün ildönümünün qeyd olunması münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, ölkənizə tərəqqi və firavanlıq arzulayıram.

Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dost ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlər xalqlarımızın ümumi maraqları naminə birgə fəaliyyətimiz və səmərəli əlaqələrimiz sayəsində bundan sonra da ardıcıl şəkildə möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımla yanaşı, səmimi salamlarımı, möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycan xalqının davamlı rifahı, tərəqqisi ilə bağlı ən xoş arzularımı da qəbul etməyinizi xahiş edirəm".

xxx

11:02

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Prezident İlham Əliyevi 28 May Müstəqillik günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

xxx

11:00

Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevi təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".

xxx

10:58

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevi 28 May Müstəqillik günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm".

xxx

10:56

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki,mətkubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram".