https://news.day.az/azerinews/1681595.html Sabah bu ərazilərdə qaz olmayacaq Xəzər rayonunun Mərdəkan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunda yol təmiri ilə bağlı qaz xəttinin birləşmə olunaraq tıxaclanması, Binəqədi rayonunun Binəqədi qəsəbəsində tənzimləyicinin mövcud şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması məqsədi ilə 13.08.2024-cü il tarixdə saat 10:00-dən etibarən qaz...

Sabah bu ərazilərdə qaz olmayacaq

Azərbaycanca, 13 августа 2024 09:15 (UTC +04:00) 516
Sabah bu ərazilərdə qaz olmayacaq

Xəzər rayonunun Mərdəkan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunda yol təmiri ilə bağlı qaz xəttinin birləşmə olunaraq tıxaclanması, Binəqədi rayonunun Binəqədi qəsəbəsində tənzimləyicinin mövcud şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması məqsədi ilə 13.08.2024-cü il tarixdə saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Day.Az-a "Azəriqaz" İB-dən məlumat verilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonu üzrə Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə S.Əsgərova, S. Vurğun, S. Rüstəm, R.Rza, Ə.Topçubaşov küçələrinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin bir hissəsinin, Binəqədi kəndinin, 1,2,3-cü Mədən ərazisinin, Gülüstan küçəsi 1-15 dalanların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости