“Həzi Aslanov” metrostansiyasında təmir işləri nə vaxt bitəcək?

Dunəndən metronun "Həzi Aslanov" stansiyasında təmir işlərinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, "Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar metronun "Yaşıl" və "Qırmızı" xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti tunelin konstruktiv elementlərinə mənfi təsir edib.

Bəxtiyar Məmmədov onu da bildirib ki, dalan hissədəki təmir işlərindən sonra stansiyanın da əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur.

İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Pik saatlarda, yəni səhər 07:00-10:00, axşam 17:30-19:30 aralığında isə "28 May-Əhmədli" sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.