https://news.day.az/azerinews/1714366.html Bakıda Messi ilə görüşmək neçəyədir? - MƏBLƏĞ Xəbər verdiyimiz kimi, dünya futbolunun ulduzu Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər. Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, Messi və komanda yoldaşları bu gün Bakı Kristal Zalında keçiriləcək tədbirdə iştirak edəcək, pərəstişkarları ilə görüşəcək.

Bakıda Messi ilə görüşmək neçəyədir? - MƏBLƏĞ

Azərbaycanca, 11 декабря 2024 10:58 (UTC +04:00) 1 189
Bakıda Messi ilə görüşmək neçəyədir?

Xəbər verdiyimiz kimi, dünya futbolunun ulduzu Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər.

Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, Messi və komanda yoldaşları bu gün Bakı Kristal Zalında keçiriləcək tədbirdə iştirak edəcək, pərəstişkarları ilə görüşəcək.

Saat 13:00-da başlayacaq tədbir üçün biletlərin qiyməti 10 - 50 manat arasındadır.

Tədbirdə Messinin futbol həyatını və mübarizəsini əks etdirən film nümayiş olunacaq, dünyaşöhrətli Villi Uilyam (Willy William) və məşhur "Morandi" qrupu çıxış edəcək.

Qeyd edək ki, bilet satışından əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости