https://news.day.az/azerinews/1727200.html
Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı
Milli Hidrometeorologiya Xidmətinin fevralın 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm).
Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı
Milli Hidrometeorologiya Xidmətinin fevralın 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm).
Sumqayıt, Şəmkir, Xaltan, Yevlax, Sabirabad, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре