https://news.day.az/azerinews/1727778.html Daha 4 KOB subyekti vergidən azad olundu "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-yə çatdı. "Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.

Daha 4 KOB subyekti vergidən azad olundu

Azərbaycanca, 4 февраля 2025 17:14 (UTC +04:00) 792
Daha 4 KOB subyekti vergidən azad olundu

"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-yə çatdı.

"Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 4-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

"Startap" şəhadətnamələri "Mobil mühasib" MMC-nin mühasibatlıq xidmətlərini avtomatlaşdıran mobil tətbiqi, "Performance Center" MMC-nin təhsil müəssisələrinin akademik və administrativ əməliyyatlarının idarəedilməsi üçün platforma və mobil tətbiqi, "İDDO PSP" MMC-nin "İDDO" sağlamlıq proqramının idarəedilməsi üçün onlayn platforması və "YOLLAZ" MMC-nin taksi xidmətinin təşkili üçün mobil tətbiqi layihələri üçün təqdim olunub.  

Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-ə çatıb.

"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости