https://news.day.az/azerinews/1731472.html Prezident İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO - VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

Prezident İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO - VİDEO

Azərbaycanca, 19 февраля 2025 19:54 (UTC +04:00) 520
Prezident İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.

Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

  • Prezident İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости