Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Zəfər parkını ziyarət edib - FOTO

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin (Riiqikoqu) Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri xanım Riina Solman martın 13-də Bakıda Zəfər parkını ziyarət edib.
Day.Az xəbər verir ki, işçi qrupunun xanım sədri Zəfər abidəsinin önünə gül dəstələri qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, Zəfər parkı Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2024-cü il noyabrın 8-də açılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре