Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıdı: O, “sən türksən” deyib məni təpiklədi - FOTO

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Yaşar Əlməmmədov ifadə verib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, o, 1956-cı il ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadğını bildirib.
Zərərçəkmiş şəxs 1992-ci il fevralın 25-də Ermənistan ordusunun Xocalıya hücuma keçdiyini, onları atəşə tutduğunu, çoxlu sayda dinc sakinin həlak olduğunu bildirib. Yaşar Əlməmmədovun sözlərinə görə, o, fevralın 27-də əsir götürülüb.
Təqsirləndirilən şəxlərdən Madat Babayanı, Bako Sahakyanı və Arkadi Qukasyanı tanıdığını deyən zərərçəkmiş daha sonra bildirib: "Madat Babayanın dəstəsinin üzvləri, şəxsən özü mənə işgəncə verib. Əsir olan vaxt Madat yaxınlaşdı, mənə "sən türksən" deyib təpiklədi, sonra təhqir etdi".
Y.Əlməmmədov 1992-ci il martın 2-də yaralı vəziyyətdə Azərbaycan tərəfinə qaytarılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре