https://news.day.az/azerinews/1754760.html İslam İnkişaf Bankı dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək İslam İnkişaf Bankı (IsDB) dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək. Day.Az xəbər verir ki, bunu Trend-in sualına cavab olaraq IsDB Qrupunun baş iqtisadçısı Arif Süleyman bankın Əlcəzairdə keçirilən illik toplantısı çərçivəsində deyib.

İslam İnkişaf Bankı dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək

Azərbaycanca, 22 мая 2025 14:34 (UTC +04:00) 395
İslam İnkişaf Bankı dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək

İslam İnkişaf Bankı (IsDB) dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək.

Day.Az xəbər verir ki, bunu Trend-in sualına cavab olaraq IsDB Qrupunun baş iqtisadçısı Arif Süleyman bankın Əlcəzairdə keçirilən illik toplantısı çərçivəsində deyib.

O vurğulayıb ki, Bank öz fəaliyyətini dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində üzv ölkələrlə əməkdaşlıqda həmin ölkələrin liderliyinə əsaslanaraq qurur.

"Ölkə öz inkişaf gündəmini özü müəyyənləşdirir, biz isə ona dəstək göstəririk. Keçən il biz Azərbaycanla əməkdaşlıq üzrə çərçivə sazişi imzaladıq", - deyə o bildirdi.

Süleyman qeyd edib ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində ümumi dəyəri təxminən 1,3 milyard dollar olan 77 layihə həyata keçirilib.

"Bu investisiyaların əsas hissəsi enerji sektoruna yönəldilib, lakin biz kənd təsərrüfatı və maliyyə sahələri, eləcə də digər əlaqəli sahələrdə də layihələri maliyyələşdirmişik", - deyə o vurğulayıb.

"Biz Azərbaycanı, eləcə də bankımızın digər üzv ölkələrini dəstəkləməyə davam edəcəyik",- İslam İnkişaf Bankının nümayəndəsi sonda bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости