https://news.day.az/azerinews/1817467.html Türkiyədə “TikTok”, “Instagram”, “Facebook” la bağlı araşdırmaya başlanılıb Türkiyədə Şəxsi Məlumatların Qorunması Qurumunun (KVKK) uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəkləri potensial risklərdən qorunması məqsədilə "TikTok", "Instagram", "Facebook", "YouTube", "X" və "Discord" platformaları ilə bağlı araşdırmaya başlayıb. Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Türkiyədə “TikTok”, “Instagram”, “Facebook” la bağlı araşdırmaya başlanılıb

Azərbaycanca, 20 февраля 2026 18:50 (UTC +04:00) 367
Türkiyədə “TikTok”, “Instagram”, “Facebook” la bağlı araşdırmaya başlanılıb

Türkiyədə Şəxsi Məlumatların Qorunması Qurumunun (KVKK) uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəkləri potensial risklərdən qorunması məqsədilə "TikTok", "Instagram", "Facebook", "YouTube", "X" və "Discord" platformaları ilə bağlı araşdırmaya başlayıb.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

KVKK tərəfindən verilən açıqlamada qeyd olunub ki, uşaqların sosial mediadan istifadəsi zamanı onların şəxsi məlumatlarının qorunması və "uşağın ali mənafeyi" prinsipi çərçivəsində müvafiq tədbirlər görülür.

 

Açıqlamada deyilir: "Uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəkləri potensial risklərdən qorunmasını təmin etmək məqsədilə sosial media platformalarında uşaqların şəxsi məlumatlarının necə emal edildiyi və hansı tədbirlərin görüldüyü məsələləri ilə bağlı TikTok, Instagram, Facebook, YouTube, X və Discord platformaları barəsində Şəxsi Məlumatların Qorunması Şurası tərəfindən öz təşəbbüsü ilə araşdırma başlanmasına qərar verilmişdir".

Bundan əvvəl ədliyyə naziri Akın Gürlek bildirib ki, bu il qüvvəyə minməsi planlaşdırılan sosial şəbəkə tənzimləməsi ilə hesablar üçün "şəxsiyyət və mobil telefon" təsdiqi tətbiq ediləcək.

Nazir Gürlek qeyd edib ki, sözügedən tənzimləmə çərçivəsində 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinin qarşısı alınacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости