https://news.day.az/azerinews/1850028.html Yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib Bakı şəhəri və Quba rayonu ərazisində son bir həftə ərzində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Day.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Azərbaycanca, 24 июля 2026 16:23 (UTC +04:00) 260
Yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bakı şəhəri və Quba rayonu ərazisində son bir həftə ərzində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi Mikayıl Müşfiq küçəsində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev küçəsində və Quba rayonu Zərdabi qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 19 460 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости