https://news.day.az/azerinews/1850999.html Gürcüstan 100-ə yaxın xarici vətəndaşı deportasiya edib Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Miqrasiya departamentinin əməkdaşları son bir neçə gün ərzində ölkədən 96 əcnəbini deportasiya edib. Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

Gürcüstan 100-ə yaxın xarici vətəndaşı deportasiya edib

Azərbaycanca, 30 июля 2026 11:23 (UTC +04:00) 225
Gürcüstan 100-ə yaxın xarici vətəndaşı deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Miqrasiya departamentinin əməkdaşları son bir neçə gün ərzində ölkədən 96 əcnəbini deportasiya edib.

Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

DİN məlumatına görə, Gürcüstandan deportasiya edilən əcnəbilər arasında Azərbaycan, Albaniya, Belarus, Misir, İordaniya, Hindistan, İraq, Çin, Kuba, Küveyt, Kot-divuar, Livan, Madaqaskar, Mərakeş, Nigeriya, Rusiya, Səudiyyə Ərəbistanı, Sudan, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan və başqa ölkələrin vətəndaşları yer alır.

 

Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Son dövrlər Gürcüstanda qeyri-qanuni miqrantlara qarşı mübarizə gücləndirilib. Parlament deportasiya prosedurlarını, eləcə də miqrantların axtarışı və saxlanılması ilə bağlı tədbirləri sadələşdirərək miqrasiya qanunvericiliyini sərtləşdirib. Gürcüstan Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarıldığını açıqlayır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости