“44” bədii filminin treyleri yayimlandı - VİDEO
Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gəncnəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədidaşıyan "44" bədii filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.
Ekran əsəri bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbətdramıdır. Filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsiuğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir.Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycandaçalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiripolkovnik Ramazan Kərimov dayanır.
"44" sadəcə müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir.
"44" bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycan tarixində ən böyük kinematoqrafik layihələrdəndir.
Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib.
Filmin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре