https://news.day.az/azerinews/1852679.html Bakı və Zəngilanda qanunsuz ağackəsmə faktları aşkarlanıb Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zəngilan rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bakı və Zəngilanda qanunsuz ağackəsmə faktları aşkarlanıb

Azərbaycanca, 7 августа 2026 17:21 (UTC +04:00) 214
Bakı və Zəngilanda qanunsuz ağackəsmə faktları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zəngilan rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu, Böyükşor-Pirşağı avtomobil yolunun kənarında, Xətai rayonu, Kazımağa Kərimov küçəsində, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində və Zəngilan rayonu Gəyəli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 83 840 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib", - deyə məlumatda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости