https://news.day.az/azerinews/1854047.html Güclü leysan Tbilisidə ciddi fəsadlar törədib Avqustun 14-də axşam saatlarında Tbilisidə yağan güclü yağış yerli sakinlər və şəhərin qonaqları üçün bir sıra problemlər yaradıb: küçələr su altında qalıb və Gürcüstan paytaxtının bəzi ərazilərində elektrik enerjisinin verilişi kəsilib. Yerli KİV-lərin məlumatına görə, əlverişsiz hava şəraiti cümə günü gecə saatlarına yaxın güclənib.

Güclü leysan Tbilisidə ciddi fəsadlar törədib

Azərbaycanca, 15 августа 2026 09:46 (UTC +04:00) 134
Güclü leysan Tbilisidə ciddi fəsadlar törədib

Avqustun 14-də axşam saatlarında Tbilisidə yağan güclü yağış yerli sakinlər və şəhərin qonaqları üçün bir sıra problemlər yaradıb: küçələr su altında qalıb və Gürcüstan paytaxtının bəzi ərazilərində elektrik enerjisinin verilişi kəsilib.

Yerli KİV-lərin məlumatına görə, əlverişsiz hava şəraiti cümə günü gecə saatlarına yaxın güclənib.

Leysan nəticəsində küçələr və sahilyanı ərazilər su altında qalıb, avtomobillərin hərəkəti çətinləşib.

 

Bundan əlavə, Tbilisinin bir sıra rayonlarında elektrik enerjisinin verilişi kəsilib.

Xatırladaq ki, daha əvvəl meteoroloqlar Gürcüstanda, xüsusilə paytaxt Tbilisidə, Kaxeti və Kvemo Kartli bölgələrində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq etmişdilər. Bu ərazilərdə leysan yağışları ilə yanaşı, göy gurultusu, dolu və güclü külək gözlənilirdi. Əlverişsiz hava şəraitinin avqustun 15-də də davam edəcəyi bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости