https://news.day.az/azerinews/1855329.html Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun Stenford Universitetinin alimləri uşaqların stressli hadisələr barədə necə danışmasının gələcəkdə depressiya və təşviş kimi psixoloji problemlərin riskini müəyyənləşdirməyə kömək edə biləcəyini müəyyən ediblər. Day.Az xəbər verir ki, araşdırmada 9-13 yaş arasında 200-dən çox uşağın danışığı təhlil olunub.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Azərbaycanca, 22 августа 2026 01:18 (UTC +04:00) 213
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri uşaqların stressli hadisələr barədə necə danışmasının gələcəkdə depressiya və təşviş kimi psixoloji problemlərin riskini müəyyənləşdirməyə kömək edə biləcəyini müəyyən ediblər.

Day.Az xəbər verir ki, araşdırmada 9-13 yaş arasında 200-dən çox uşağın danışığı təhlil olunub.

"Həmişə", "heç vaxt" kimi qəti ifadələrdən çox istifadə edən uşaqlarda gələcək psixoloji çətinliklərin riskinin daha yüksək olduğu, "o", "onlar" kimi üçüncü şəxs əvəzliklərindən istifadə edənlərdə isə riskin daha aşağı olduğu müəyyənləşdirilib.

Alimlərin fikrincə, uşağın yaşadığı hadisədən çox, həmin hadisəni necə ifadə etməsi onun stressi necə qəbul etdiyini göstərə bilər. Tədqiqatçılar nitq analizinin gələcəkdə psixoloji problemlərin erkən müəyyənləşdirilməsi üçün əlçatan vasitəyə çevrilə biləcəyini bildiriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости