Gec yatıb-duran insanlar hansı problemlərlə üzləşə bilərlər? – Mütəxəssislərdən xəbərdarlıq
Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar narahatlıq və depressiya simptomları ilə daha tez-tez üzləşə, iş günündən sonra isə daha zəif bərpa oluna bilərlər.
Day.Az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Sleep Health" jurnalında dərc olunub. Finlandiyada aparılan araşdırmada 2 266 nəfər iştirak edib.
Alimlər onları "torağaylar", "bayquşlar" və aralıq xronotipə malik insanlar olmaqla qruplara ayırıblar.
Araşdırma zamanı iştirakçıların narahatlıq və depressiya simptomları, işdən sonra bərpa olunma qabiliyyətləri, eləcə də iş öhdəliklərinin şəxsi həyata nə dərəcədə təsir etdiyi qiymətləndirilib. Nəticələr göstərib ki, psixi sağlamlıqla bağlı problemlər xüsusilə axşam xronotipinə, yəni "bayquş" tipinə aid olan insanlarda daha çox müşahidə olunur. Bu insanlar işdən sonra daha zəif bərpa olunur və işlə şəxsi həyat arasında balans yaratmaqda daha çox çətinlik çəkirlər.
Tədqiqat müəlliflərinin fikrincə, axşam xronotipinə malik insanların işdən sonra tam istirahət və bərpa olunmaları üçün uyğun şəraitin yaradılması vacibdir. Alimlər bildirirlər ki, kifayət qədər dincələ bilməmək və işlə şəxsi həyat arasındakı balansın pozulması axşam xronotipi ilə narahatlıq pozuntuları arasındakı əlaqəni qismən izah edə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре