https://news.day.az/azerinews/1858734.html Sahibə Qafarova Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb - FOTO Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sahibə Qafarova Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb - FOTO

Azərbaycanca, 9 сентября 2026 11:26 (UTC +04:00) 218
Sahibə Qafarova Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə çıxış edən Milli Məclisin sədri beynəlxalq parlament diplomatiyasının əhəmiyyəti, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatlarında fəaliyyətin müxtəlif aspektləri barədə fikirlərini bildirib.

Milli Məclisin sədri müxtəlif beynəlxalq və regional parlament təşkilatlarının ölkələri bir araya gətirdiyini qeyd edərək, belə platformalarda işin səmərəli təşkili üçün bütün tərəflərin mövqelərinin dinlənilməsinin, ədalətli və şəffaf prosedurlara riayət olunmasının, eləcə də ümumi maraq doğuran məsələlər üzrə ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Sahibə Qafarova son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlığa və parlament diplomatiyasının inkişafına verdiyi töhfələrə toxunaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətdən, ölkəmizin irəli sürdüyü təşəbbüslərdən və əldə olunmuş mühüm nailiyyətlərdən söz açıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ötən müddətdə mühüm beynəlxalq parlament platformasına çevrildiyini qeyd edib.

Spiker çıxışında BMT-nin parlamentlərarası beynəlxalq təşkilatlarla əməkdaşlığının rolunu, bu qarşılıqlı fəaliyyətin qlobal çağırışların həllinə və beynəlxalq qərarların milli səviyyədə həyata keçirilməsinə töhfə verə biləcəyini vurğulayıb. O, dünyanın ən böyük beynəlxalq parlament təşkilatı olan Parlamentlərarası İttifaqın fəaliyyəti, onun beynəlxalq və regional məsələlərdə rolunun gücləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi, davamlı inkişaf, iqlim gündəliyi, habelə qlobal təhlükəsizlik, demoqrafik dəyişikliklər və miqrasiya məsələləri barədə fikir mübadiləsi aparılıb.

XXX
10:17

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə çıxış edən spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan İƏT-in fəal üzvüdür və Milli Məclis hazırda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqına sədrlik edir.

İƏT-in Afrika, Asiya, Yaxın Şərq, Avropa və Amerika üzrə 57 dövlətini bir araya gətirdiyi qeyd olunaraq, İslam dünyasının nəhəng insan, mədəni və iqtisadi potensiala malik olduğu bildirilib. Bu coğrafiyanın gənc əhaliyə, tarixi təhsil mərkəzlərinə, böyük ticarət yollarına, mühüm resurslara, dərin icma və həmrəylik ənənələrinə malik olduğu vurğulanıb. Bununla yanaşı, İƏT-ə üzv ölkələrin bir çoxunun münaqişə və məcburi köçkünlük yaşadığı, yoxsulluq, ərzaq və su təhlükəsizsizliyi, iqlim dəyişikliyinin cəmiyyətlərimizə əlavə təzyiq göstərdiyi, terrorizm, ekstremizm və islamofobiyanın qorxu və etimadsızlıq yaratdığı qeyd olunub. Bu çağırışlar isə üzv ölkələr arasında əlaqələndirilmiş fəaliyyət, güclü institutlar və praktiki dəstək vasitəsilə həmrəyliyin ifadə olunmasını tələb edir.

Milli Məclisin sədrinin sözlərinə görə, parlament diplomatiyası beynəlxalq danışıqları milli parlamentlərlə əlaqələndirməklə bu işi dəstəkləyə bilər.

Görüşdə beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib, həmçinin beynəlxalq parlament təşkilatlarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Bu çərçivədə spiker Sahibə Qafarova BMT ilə Parlamentlərarası İttifaq (PAİ) arasında daha sıx əməkdaşlığın əhəmiyyətini qeyd edərək, deyib ki, bu, beynəlxalq qərarların qəbulunu milli parlament fəaliyyəti ilə əlaqələndirir və sazişlərin insanlar üçün nəticələrə çevrilməsinə kömək edir.

Milli Məclisin sədri vurğulayıb ki, çoxtərəflilik prinsipləri seçici tətbiq edildikdə, öhdəliklər yerinə yetirilmədikdə və ya bəzi səslər digərlərindən daha əhəmiyyətli sayıldıqda öz nüfuzunu itirir. Etimadı bərpa etmək üçün bərabər hörmət, ardıcıl fəaliyyət və real iştiraka ehtiyac var. Onun sözlərinə görə, rəsmi münasibətlər çətinləşdikdə, parlamentarilər hələ də əlaqə saxlaya, anlaşılmazlıqları azalda və dialoq imkanlarını qoruya bilərlər.

Qeyd olunub ki, PAİ regional parlament təşkilatları, o cümlədən İƏTPİ ilə daha sıx əməkdaşlıq etməlidir. Bu əməkdaşlıq İƏT prioritetlərini qlobal müzakirəyə gətirə və islamofobiya, irqçilik və dini nifrətə qarşı cavabımızı gücləndirə bilər.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bir çox İƏT ölkələri maliyyə və texnologiya əldə etməkdə çətinlik çəkir. Parlamentlər daha yaxşı qanunlar, iqtisadi nəzarət, təhsil və innovasiyaya investisiya, güclü sosial müdafiə və ictimai resurslardan ədalətli istifadə vasitəsilə bu işi dəstəkləyə bilərlər. İqlim dəyişikliyinin nəticələri ilə üzləşən bir çox ölkələr bu çağırışlara cavab vermək üçün ən az resurlara malikdirlər. Buna görə də iqlim maliyyəsi proqnozlaşdırıla bilən, dayanıqlı və əlçatan olmalıdır.

Spiker deyib ki, biz bu çağırışın parlament ölçüsünü Bakıda COP29-da gördük. Həmin çərçivədə Milli Məclis və PAİ qlobal iqlim öhdəliklərinin milli fəaliyyətə necə çevrilə biləcəyini müzakirə etmək üçün yüzlərlə parlamentarini bir araya gətirdi.

Milli Məclisin sədri çıxışının sonunda onu da bildirib ki, parlamentarilər təcrübə mübadiləsi aparmalı, təkrarların qarşısını almalı və regional prioritetləri qlobal müzakirələrə gətirməlidir.

  • Sahibə Qafarova Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости