Səhrada çiçəklər açdı - FOTO
Dünyanın ən quraq bölgələrindən biri kimi tanınan Atakama səhrasında nadir təbiət hadisəsi baş verib. Adətən sərt və susuz iqlimi ilə seçilən ərazidə çiçəklərin açması diqqət çəkən mənzərə yaradıb.
Day.Az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, bəzi illərdə səhraya düşən qeyri-adi miqdarda yağıntı torpaqda uzun müddət qorunan bitki toxumlarının cücərməsinə şərait yaradır.
Nəticədə geniş ərazilərdə müxtəlif rəngli çiçəklər meydana çıxır.
Hazırda Atakamada müşahidə olunan çiçəklənmənin qarşıdakı həftələrdə daha geniş sahəyə yayılması ehtimal edilir. Bunun üçün bölgədə rütubət səviyyəsinin və temperatur göstəricilərinin əlverişli olaraq qalması vacibdir.
Nadir hallarda baş verən bu təbiət hadisəsi Atakama səhrasının tamamilə fərqli və rəngarəng görüntüyə bürünməsinə səbəb olur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре