https://news.day.az/azerinews/1860135.html PAŞA Holding-in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib - FOTO Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən PAŞA Holding aztəminatlı ailələrin uşaqlarının yeni tədris ilinə hazırlığına dəstək olub.

PAŞA Holding-in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib - FOTO

Azərbaycanca, 15 сентября 2026 12:32 (UTC +04:00) 138
PAŞA Holding-in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən PAŞA Holding aztəminatlı ailələrin uşaqlarının yeni tədris ilinə hazırlığına dəstək olub.

Şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12000-dən çox ailənin yeni tədris ilində 1-ci sinfə gedəcək övladlarını məktəbli ləvazimatları ilə təmin edib. Bu təşəbbüs ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqlar üçün təhsilə daha bərabər imkanlar yaratmaqla yanaşı, sosial rifahın dəstəklənməsi və aztəminatlı ailələrin üzləşdiyi maliyyə yükünün azaldılmasına yönəlib. PAŞA Holding KSM tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb.

Layihə PAŞA Holding-in cəmiyyətə dəyər yaratma və inklüziv inkişafı təşviq etmə prinsipinə uyğun olaraq həyata keçirilən davamlı sosial layihələr silsiləsinin bir hissəsidir.

  • PAŞA Holding-in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости