https://news.day.az/azerinews/1860590.html Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb Şahzadə Diananın qardaşı Çarlz Spenserin bacısı haqqında yazdığı və hələ satışa çıxarılmamış kitabının bir neçə nüsxəsi Niderlandda yük maşınından oğurlanıb.

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Azərbaycanca, 16 сентября 2026 20:38 (UTC +04:00) 303
Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Şahzadə Diananın qardaşı Çarlz Spenserin bacısı haqqında yazdığı və hələ satışa çıxarılmamış kitabının bir neçə nüsxəsi Niderlandda yük maşınından oğurlanıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, "Son nəğmə: Diana, mənim bacım" adlı kitabın Niderland dilində nəşrinin dörd nüsxəsi çap müəssisəsindən nəşriyyatın anbarına aparılarkən yük maşınından götürülüb. Hadisə zamanı sürücünün avtomobil dayanacağında məcburi fasilə verdiyi və kabinədə yatdığı bildirilir.

Niderland polisi hadisədən xəbərdar olduğunu açıqlayıb və araşdırmanın aparıldığı qeyd edilib.

Qeyd edək ki, Şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzasında 36 yaşında həyatını itirib. Həmin vaxt onun oğulları Uilyamın 15, Harrinin isə 12 yaşı olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости