https://news.day.az/azerinews/1862418.html Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - VİDEO Meşədən qadın meyiti tapılıb...1976-cı il təvəllüdlü qadının öldürüldüyü məlum olub... Day.Az Xəzər TV-yə istinadən bildirir ki, istintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib.

Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - VİDEO

Azərbaycanca, 24 сентября 2026 23:06 (UTC +04:00) 188
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı

Meşədən qadın meyiti tapılıb...1976-cı il təvəllüdlü qadının öldürüldüyü məlum olub...

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, istintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 27 yaşlı, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi nikah münasibətində olduğu Səadət Həsənovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Daha sonra Kamran Seyidov qadının meyitini idarə etdiyi "Mercedes" markalı, 77-NY-316 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin meşəlik ərazisinə aparıb. Kamran Seyidov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости