https://news.day.az/azerinews/1862898.html
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb. AZƏRTAC xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.
Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı.
Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edildi, tərəfdaşlığın perspektivləri müzakirə olundu.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре