Qəhvə qaraciyər üçün faydalı ola bilər
Qəhvənin yalnız enerji verməklə kifayətlənmədiyi, qaraciyər sağlamlığının qorunmasına da müsbət təsir göstərə biləcəyi bildirilir.
Day.Az xəbər verir ki, türkiyəli professor Onur Yaprakın sözlərinə görə, araşdırmalarda gündə 3-4 fincan qəhvə qəbul edən insanlarda ALT, AST və GGT kimi qaraciyər fermentlərinin göstəricilərinin, həmçinin qaraciyər sərtliyinin azaldığı müşahidə olunub.
Mütəxəssislər qəhvənin sirroz və qaraciyər xərçəngi riskinin azalması ilə əlaqəli ola biləcəyini qeyd edirlər. Bu təsirdə qəhvənin tərkibindəki antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik xlorogen turşu, həmçinin digər bioloji aktiv maddələrin rolu olduğu ehtimal edilir.
Bununla belə, qəhvə ölçülü qəbul edilməlidir. Sağlam yetkinlər üçün gündəlik kofein miqdarının 400 mq-dan çox olmaması tövsiyə edilir. Həddindən artıq kofein ürəkdöyünmə, təzyiqin yüksəlməsi, titrəmə, narahatlıq, baş ağrısı və yuxu problemlərinə səbəb ola bilər.
Day.Az xəbər verir ki,
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре