https://news.day.az/azerinews/1863428.html Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq Bu gün saat 21:00-dan etibarən Bakının Binəqədi və Nərimanov rayonlarında yerləşən üç küçədə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Azərbaycanca, 29 сентября 2026 14:31 (UTC +04:00) 206
Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 21:00-dan etibarən Bakının Binəqədi və Nərimanov rayonlarında yerləşən üç küçədə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

Day.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, təmir işləri ilə əlaqədar Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsindən Süleyman Sani Axundov küçəsinədək, Zaur Nudirəliyev küçəsinin isə Ziya Bünyadov prospektindən Əcəmi Naxçıvani küçəsinədək olan hissələrində hərəkət məhdudlaşdırılacaq.

Nərimanov rayonunda Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi üçün ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bu müddətdə kəsişmədə hərəkət qismən məhdudlaşdırılacaq.

Məhdudiyyətlər işlər başa çatanadək qüvvədə olacaq. Sürücülərə alternativ marşrutları əvvəlcədən nəzərə almaq tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости