https://news.day.az/azerinews/1864109.html Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani ölkəmizdə rəsmi səfərdədir.

Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycanca, 2 октября 2026 11:06 (UTC +04:00) 169
Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub

Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani ölkəmizdə rəsmi səfərdədir.

Oktyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədəki əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, iki ölkə arasında mütəmadi olaraq keçirilən müxtəlif formatlı görüşlər və səfərlər bütün istiqamətlərdə olduğu kimi, müdafiə sahəsində də ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir.

Görüşün sonunda hərbi əməkdaşlığın perspektivləri, birgə təlimlərin intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости