İnformasiya texnologiyaları sahəsində kibertəhlükəsizlik mühüm bir istiqamətdir - Elşən Həsənov
İnformasiya texnologiyaları sahəsində kibertəhlükəsizlik mühüm bir istiqamətdir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov "Müdafiə sahəsində kibertəhlükəsizlik" mövzusunda keçirilən sektorial görüşdə deyib.
O qeyd edib ki, ADEX-2026 sərgisində bir daha şahidi olduq ki, müasir silahlar artıq informasiya texnologiyaları və süni intellekt əsaslıdır, eyni zamanda pilotsuz/insansız sistemlər geniş yayılıb.
"Bu sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi çox vacib məsələdir hətta demək olar ki, kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilib.
Müdafiə Nazirliyi olaraq qısa müddət ərzində bu sahədə mühüm uğurlar əldə etmişik. İlk növbədə, insan kapitalının inkişafını qeyd etmək istərdim. Hərbi qulluqçularımızın yerli və beynəlxalq təlimlərdə, kibertəhlükəsizlik yarışlarında fəal və uğurlu iştirakı böyük maraq doğurur",- deyə o bildirib.
E.Həsənov vurğulayıb ki, ordumuzun arsenalı yeni və müasir silahlarla zənginləşir.
"Bu silahların mövcud sistemlərimizə inteqrasiyası və onların təhlükəsizliyinin təmin olunması ən vacib məsələlərdəndir. Biz kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı ciddi işlər aparır, audillər keçirir və müsbət nəticələr əldə edirik. Rəqəmsallaşma və elektron xidmətlərin tətbiqi prosesində kibertəhlükəsizliyin ön planda tutulması əsas prioritetlərimizdəndir",- deyə o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре