https://news.day.az/azerinews/1864353.html Bəzi rayonlara qar yağır - VİDEO Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, oktyabrın 3-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Bəzi rayonlara qar yağır - VİDEO

Azərbaycanca, 3 октября 2026 11:49 (UTC +04:00) 220
Bəzi rayonlara qar yağır

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 3-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Bakıda və Abşeron yarımadasında 31 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 110 %-ni təşkil edir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Neftçalada 23, Bakıda və Abşeron yarımadasında 22, Şahdağda 20 m/s-dək güclənir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости