Evinizdəki bu bitki uşaqlar üçün təhlükəlidir: Zəhərlənməyə səbəb ola bilər
Difenbaxiya evlərdə geniş yetişdirilən bəzək bitkilərindən olsa da, yarpaqları və gövdəsi zəhərli maddələr ehtiva edir. Bitkinin tərkibindəki kalsium oksalat kristalları ağız və dilə toxunduqda güclü yanma, şişkinlik və keyləşməyə səbəb ola bilər.
Day.Az xəbər verir ki, bitkinin yarpağının çeynənməsi boğazda şişkinlik yaradaraq nəfəs almağı çətinləşdirə bilər. Şirəsi gözə düşdükdə isə ciddi qıcıqlanma və müvəqqəti görmə pozuntusu yarana bilər. Bu səbəbdən xüsusilə azyaşlı uşaqlar və ev heyvanları üçün riskli hesab olunur.
Mütəxəssislər difenbaxiyanı uşaqların və heyvanların çata bilməyəcəyi yerdə saxlamağı, bitkiyə qulluq zamanı əlcəkdən istifadə etməyi və təmasdan sonra əlləri yaxşı yumağı tövsiyə edirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре