https://news.day.az/azerinews/1864457.html “Turan Tovuz” “Fənərbağça” ilə yoldaşlıq oyununda məğlub olub "Turan Tovuz" futbol klubu Türkiyənin "Fənərbağça" klubu ilə yoldaşlıq görüşündə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada İstanbul klubu 2:0 hesabı ilə qalib gəlib. Görüşdə hesab 60-cı dəqiqədə açılıb.

“Turan Tovuz” “Fənərbağça” ilə yoldaşlıq oyununda məğlub olub

Azərbaycanca, 3 октября 2026 22:13 (UTC +04:00) 316
“Turan Tovuz” “Fənərbağça” ilə yoldaşlıq oyununda məğlub olub

"Turan Tovuz" futbol klubu Türkiyənin "Fənərbağça" klubu ilə yoldaşlıq görüşündə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada İstanbul klubu 2:0 hesabı ilə qalib gəlib.

Görüşdə hesab 60-cı dəqiqədə açılıb. Fransa millisinin futbolçusu Nqolo Kante rəqib qapısına yol taparaq komandasını önə keçirib. 74-cü dəqiqədə Çağrı Balta fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.

Qarşılaşmanın baş hakimi azərbaycanlı Rəvan Həmzəzadə olub.

Qeyd edək ki, matçdan əldə ediləcək gəlir Qarabağ Dirçəliş Fonduna ianə olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости