Saç, dəri və dırnaqlardakı dəyişikliklər hansı problemlərdən xəbər verir?
Rusiyalı dermatoloq-kosmetoloq Yelizaveta Şuxmanın sözlərinə görə, saç tökülməsi, dərinin quruması və dırnaqların kövrəkləşməsi dəmir, sink, zülal, D vitamini və B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqəli ola bilər. Lakin bu əlamətlərə əsasən konkret vitamin çatışmazlığı müəyyən etmək mümkün deyil.
Day.Az xəbər verir ki, həkim problemin aradan qaldırılması üçün balanslı qidalanmağı, rasiona ət, balıq, yumurta, süd məhsulları, paxlalılar, tərəvəz, meyvə və qoz-fındıq daxil etməyi tövsiyə edib. Vitamin və mineral əlavələri isə yalnız ehtiyac olduqda qəbul edilməlidir.
Mütəxəssis xəbərdarlıq edib ki, vitaminlərin həddindən artıq qəbulu orqanizmə zərər verə və bəzi maddələrin mənimsənilməsini poza bilər. Saç, dəri və dırnaqlarda davamlı dəyişikliklər müşahidə edildikdə, səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etmək və zəruri analizlərdən keçmək vacibdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре