Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Xankəndi şəhərləri, Lənkəran və Şamaxı rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən Day.Az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonunun Havzava və Şamaxı rayonunun Qaleybuğurd kəndlərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 32 min 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре