https://news.day.az/azerinews/1865957.html Beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfəri başa çatıb - YENİLƏNİB İtkin düşmüş şəxslərlə bağlı "Bakı Dialoqu" çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Laçın şəhərinə səfəri başlayıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, qonaqlar səfər çərçivəsində ilk olaraq Laçın Seyrəngahına gəliblər.

Beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfəri başa çatıb - YENİLƏNİB

Azərbaycanca, 10 октября 2026 15:16 (UTC +04:00) 239
Beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfəri başa çatıb

"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu" çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfəri başa çatıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, oktyabrın 9-10-da baş tutan səfər çərçivəsində nümayəndə heyəti Xocalı, Füzuli, Ağdam və Laçın rayonlarında, eləcə də Şuşa şəhərində olub.

Səfər zamanı qonaqlar Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib, Şuşanın görməli yerləri ilə tanış olub, Ağdam və Füzuli rayonlarına baş çəkiblər.

Səfərin son günü, oktyabrın 10-da nümayəndə heyəti Laçın rayonunun Zabux kəndində olub. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qonaqlara kənddə aparılan işlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib.

Daha sonra konfrans iştirakçıları Həkəri çayının sahilində salınmış bulvarı ziyarət ediblər. Laçın şəhərindəki seyrangahdan şəhəri seyr edən qonaqlar Heydər Əliyev küçəsində də olublar. Burada onlara Laçın şəhəri haqqında məlumat verilib.

Qeyd edək ki, səfərdə Azərbaycanda akkreditə olunmuş səfirlər və attaşelər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin xarici ölkələrin sabiq dövlət və hökumət başçıları iştirak ediblər.

 

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Konfrans "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusuna həsr olunub.

---------
12:02

İtkin düşmüş şəxslərlə bağlı "Bakı Dialoqu" çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Laçın şəhərinə səfəri başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qonaqlar səfər çərçivəsində ilk olaraq Laçın Seyrəngahına gəliblər.

Buradan şəhərin ümumi mənzərəsini seyr edən konfrans iştirakçıları xatirə fotoları çəkdiriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости