https://news.day.az/azerinews/1866066.html Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb - FOTO AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 87-ci ildönümü ilə əlaqədar onun elmi irsi və Azərbaycan şərqşünaslıq elminin inkişafına verdiyi töhfələr xatırlanıb.

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb - FOTO

Azərbaycanca, 10 октября 2026 16:44 (UTC +04:00) 138
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 87-ci ildönümü ilə əlaqədar onun elmi irsi və Azərbaycan şərqşünaslıq elminin inkişafına verdiyi töhfələr xatırlanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin kollektivi alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb və məzarı üzərinə əklil qoyub.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxışında Aida İmanquliyevanın şərqşünaslıq elminə verdiyi misilsiz töhfələrdən, onun Azərbaycanda ərəbşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, Aida İmanquliyeva Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olub.

Akademik Gövhər Baxşəliyeva görkəmli alimin Şərq-Qərb ədəbi əlaqələrinin və qarşılıqlı təsirinin sistemli şəkildə araşdırılmasında mühüm rol oynadığını, ərəb filologiyası sahəsində elmi məktəb yaratdığını vurğulayıb.

Aida İmanquliyevanın elmi-təşkilati və pedaqoji fəaliyyətindən, tərcümələrindən, beynəlxalq elmi tədbirlərdə Azərbaycan şərqşünaslıq elmini layiqincə təmsil etməsindən bəhs edən Gövhər Baxşəliyeva onun yüksək insani keyfiyyətlərinin, həssaslığının və xeyirxahlığının həmkarları arasında böyük hörmət və sevgi qazandırdığını bildirib. Alimin xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağı qeyd olunub.

Tədbirdə Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova və digər əməkdaşlar da çıxış ediblər. Onlar Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatının tədqiqində yeni mərhələnin əsasını qoyduğunu, elmi məktəb yaratdığını vurğulayıb, onun vəfatının yalnız şərqşünaslıq deyil, bütövlükdə Azərbaycan elmi üçün böyük itki olduğunu bildiriblər.

  • Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
  • Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
  • Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
  • Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
  • Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
  • Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости