https://news.day.az/azerinews/1866125.html Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq. Son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında "Qarabağ" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq. Turnir cədvəlində Ağdam təmsilçisi 13 xalla 3-cü, İmişlinin eyniadlı klubu 4 xalla 9-cudur.

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Azərbaycanca, 11 октября 2026 10:58 (UTC +04:00) 233
Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.

Son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Qarabağ" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.

Turnir cədvəlində Ağdam təmsilçisi 13 xalla 3-cü, İmişlinin eyniadlı klubu 4 xalla 9-cudur.

 

Turun bağlanış oyunu "SOCAR Polymer Arena"da "Şəfa" və "Turan Tovuz" komandaları arasında olacaq. Qarşılaşma saat 18:30-da start götürəcək.

Aktivində 11 xalı olan Tovuz klubu 4-ci sırada yer alıb. Bakı təmsilçisi isə 3 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Araz-Naxçıvan"a 2:0, "Sumqayıt" "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəlib, "Neftçi" - "Sabah" (0:0) və "Zirə" - "Şamaxı" (1:1) görüşləri isə heç-heçə ilə yekunlaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости