Miras üstündə bacı-qardaş davası: Qanun nə deyir? - VİDEO
Miras bölgüsü bir çox ailədə mübahisələrə səbəb olur, xüsusilə də ev, torpaq və digər əmlakın övladlar arasında bölünməsi zamanı. Cəmiyyətdə oğlan övladına daha çox pay ayrılması fikri ilə yanaşı, mirasın bütün övladlar arasında bərabər bölünməsini müdafiə edənlər də var.
Day.Az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, miras vəsiyyətnamə əsasında və ya qanunla müəyyən edilmiş qaydada bölüşdürülə bilər. Vəsiyyətnamə olsa belə, qanunla məcburi pay hüququ olan şəxslərin hüquqları qorunur. Həmçinin, xaricdə yaşayan və ya mirası dərhal qəbul etməyən vərəsənin də pay hüququ saxlanılır.
Mütəxəssislər gələcəkdə ailədaxili münaqişələrin qarşısını almaq üçün mülkiyyət məsələlərinin əvvəlcədən hüquqi qaydada tənzimlənməsini tövsiyə edirlər. Çünki vaxtında atılan addımlar həm əmlak mübahisələrinin, həm də doğmalar arasında münasibətlərin pozulmasının qarşısını ala bilər.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре