Ətirin xərçəngə səbəb olması ilə bağlı iddialara aydınlıq gətirildi
Ətirin dəriyə, xüsusilə boyun nahiyəsinə çəkilməsinin xərçəngə səbəb olduğu elmi şəkildə sübut edilməyib. Rusiyalı onkoloq Basir Bammatov bildirib ki, kosmetik məhsulların adi istifadəsi ilə şişlərin yaranması arasında birbaşa əlaqə təsdiqlənməyib.
Day.Az xəbər verir ki, həkimin sözlərinə görə, ətirlərin tərkibindəki bəzi maddələr allergik reaksiyalara və dəri qıcıqlanmasına səbəb ola bilər. Bu təsirlər məhsulun tərkibindən, maddələrin konsentrasiyasından və dərinin vəziyyətindən asılıdır.
Mütəxəssis ətirdən istifadə zamanı təlimatlara əməl etməyi, məhsulu qıcıqlanmış dəriyə çəkməməyi və gözlərə, eləcə də selikli qişalara düşməsindən qorunmağı tövsiyə edib. Qaşınma, yanma və qızartı yaranarsa, ətirdən istifadə dayandırılmalıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре