https://news.day.az/azerinews/1866466.html Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək

Azərbaycanca, 12 октября 2026 18:00 (UTC +04:00) 194
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək

Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Day.Az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Unikal"a verilən məlumata görə, oktyabrın 13-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar sabah saat 10:00-dan 12:00-dək Naxçıvan şəhəri 56, 59, 60 və 61-ci məhəlləri, Şəhriyar, Səməd Vurğun və Həsən Rəhmanov küçələri, Hərbi Şəhərcik-1, Universitet şəhərciyi, Uşaq Xəstəxanası və Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi dayandırılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости