https://news.day.az/azerinews/1866477.html 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Oktyabrın 13-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Azərbaycanca, 12 октября 2026 18:45 (UTC +04:00) 220
18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Oktyabrın 13-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Day.Az-a bildirilib ki,məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. "Koroğlu" NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости