https://news.day.az/azerinews/1866581.html Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb Oktyabrın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Azərbaycanca, 13 октября 2026 10:30 (UTC +04:00) 178
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Oktyabrın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub. Axtarışda olan 50 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости