https://news.day.az/azerinews/1866885.html Bakının 90 küçə və prospektində təmir yekunlaşıb Bakının 12 inzibati rayonunu əhatə edən təmir proqramı çərçivəsində 90 küçə və prospektdə işlər yekunlaşdırılıb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, ümumilikdə 110 küçə və prospekti əhatə edən proqram üzrə nəzərdə tutulan işlərin 82 faizi tamamlanıb.

Bakının 90 küçə və prospektində təmir yekunlaşıb

Azərbaycanca, 14 октября 2026 10:49 (UTC +04:00) 176
Bakının 90 küçə və prospektində təmir yekunlaşıb

Bakının 12 inzibati rayonunu əhatə edən təmir proqramı çərçivəsində 90 küçə və prospektdə işlər yekunlaşdırılıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 110 küçə və prospekti əhatə edən proqram üzrə nəzərdə tutulan işlərin 82 faizi tamamlanıb.

Hazırda 6 küçə və prospektdə təmir işləri davam etdirilir. Növbəti mərhələdə daha 14 küçə və prospektin təmiri planlaşdırılır.

Həyata keçirilən tədbirlər paytaxtın yol infrastrukturunun müasirləşdirilməsinə, nəqliyyatın hərəkət rahatlığının artırılmasına və yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости