Azərbaycanın sədrliyi təşkilatın tarixində xüsusi yerə sahibdir - Türkmənistan Prezidenti
Azərbaycanın sədrliyi təşkilatın tarixində xüsusi yerə sahibdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.
O bildirib ki, bu platforma sülhün bərqarar edilməsi sabit inkişaf üçün önəmlidir.
"Azərbaycan Prezidenti İlham Əliyevə yüksəksəviyyəli təşkilatçılığa görə təşəkkür edirəm. Bu baxımdan Azərbaycan Respublikasının sədrliyini dəstəkliyirik.
Biz düşünürük ki, hazırkı dəyişimlər fonunda regional əməkdaşlıq xüsusi önəm kəsb edir. Bu cür format bizə təcrübə mübadiləsi və manelərin araşdırılması və aradan qaldırılması üçün xidmət edir.
İqtisadi inkişaf üçün süni intellekt geniş imkanlar yaradır. Bununla yanaşı məsul yanaşma tələb olunur. Bu isə əməkdaşlıq və qarşılıqlı etimadla yaranır",- deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİCA) Yeddinci Sammiti keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.
"Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı Büyümə" şüarını rəhbər tutaraq, Azərbaycan 2024-2026-cı illər üzrə Sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре