https://news.day.az/azerinews/1867740.html Britaniya səmasında naməlum obyektlər: Kimə məxsus olduğu bilinmir Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri təlimlər zamanı Şimal dənizi üzərində iki dəfə naməlum pilotsuz uçuş aparatları ilə qarşılaşıb. Day.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, "The Telegraph" qəzeti hadisələrin 2026-cı il fevralın 18-də və 23-də baş verdiyini yazıb.

Britaniya səmasında naməlum obyektlər: Kimə məxsus olduğu bilinmir

Azərbaycanca, 17 октября 2026 12:02 (UTC +04:00) 142
Britaniya səmasında naməlum obyektlər:

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri təlimlər zamanı Şimal dənizi üzərində iki dəfə naməlum pilotsuz uçuş aparatları ilə qarşılaşıb.

Day.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, "The Telegraph" qəzeti hadisələrin 2026-cı il fevralın 18-də və 23-də baş verdiyini yazıb. Həmin vaxt qırıcılar hava döyüşlərini imitasiya etmək və havada yanacaq doldurmaq üzrə təlimlər keçiriblər.

Məlumata görə, naməlum dronlar 5100 metrdən çox yüksəklikdə hərəkət edib və radarlar tərəfindən aşkarlanmayıb. Hadisələr zamanı toqquşma təhlükəsi yaranıb. Britaniya Hərbi Hava Qüvvələri bununla bağlı məlumatları polisə təqdim edib. Pilotsuz uçuş aparatlarının kimə məxsus olduğu hələlik açıqlanmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости