https://news.day.az/azerinews/743488.html ​Gürcüstanda qrip epidemiyası ilə əlaqədar 282 məktəb bağlanıb

​Gürcüstanda qrip epidemiyası ilə əlaqədar 282 məktəb bağlanıb

Azərbaycanca, 29 января 2016 17:56 (UTC +04:00) 1 069
​Gürcüstanda qrip epidemiyası ilə əlaqədar 282 məktəb bağlanıb

Day.Az представляет новость на азербайджанском языке.

Gürcüstanda H1N1 virusunun ("donuz qripi") yayılması səbəbindən 282 məktəb bağlanıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvar ayı ərzində ölkədə "donuz qripi"ndən 5 nəfər, H3N1 virusuna yoluxmadan isə bir nəfər ölüb. 

Xəbərdə bildirilib ki, Gürcüstanda yüz min nəfərdən 500-ü qripə yoluxub. Əvvəlki illərdə qış fəslində ölkədə adətən 100 min nəfərdən 332-də qripə yoluxma halı aşkarlanırmış. 

Yerli mütəxəssislərin sözlərinə görə, qrip virusu bir qayda olaraq fevralda daha çox yayılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости