Ərdoğan Bərzani ilə görüşdən imtina etdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə görüşdən imtina edib.

Metbuat.az-ın məlumatına görə, müstəqilliklə bağlı referendumdan sonra Bərzani görüşmək üçün Ərdoğana müraciət göndərib.

Lakin Türkiyə lideri təklifi qəbul etməyib. Bildirilir ki, Bərzani bəzi yüksək vəzifəli şəxslərin vasitəçiliyi ilə Ərdoğanı razı salmağa çalışsa da, heç bir nəticə əldə edə bilməyib.

Ərbilə qarşı sanksiyaların aradan qaldırılmasını xahiş edən Bərzaniyə, Ərdoğan "artıq çox gecdir" cavabını verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.