Gədəbəydə torpaq üstündə kütləvi dava oldu: Yaralılar var
Day.Az представляет новость на азербайджанском языке
Gədəbəy rayonunda torpaq üstündə kütləvi dava baş verib.
Day.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.
Belə ki, qonşular arasında düşən kütləvi dava zamanı kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Fətman qızı Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.
Dava zaman qarşı tərəfdən də iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, xəstəxanaya müraciət etməyiblər.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре